Hindistanla İran arasında gəmiçilik əməkdaşlıqları genişlənir
https://azeri.sahartv.ir/news/İran-i224476-hindistanla_İran_arasında_gəmiçilik_əməkdaşlıqları_genişlənir
Hindistanın ən iri gəmiçilik şirkəti 4 ildən sonra iyul ayında nəhayət İranla neft daşınması sahəsindəki əməkdaşlıqlarına start verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2016 14:38 Asia/Baku
  • Hindistanla İran arasında gəmiçilik əməkdaşlıqları genişlənir
    Hindistanla İran arasında gəmiçilik əməkdaşlıqları genişlənir

Hindistanın ən iri gəmiçilik şirkəti 4 ildən sonra iyul ayında nəhayət İranla neft daşınması sahəsindəki əməkdaşlıqlarına start verəcək.

Röytersin verdiyi məlumata görə, Hindistan gəmiçilik şirkətinin (SSİ) prezidenti Bibi Sinha bu barədə deyib: SSİ şirkəti iyul ayında İran İslam Respublikası ilə əməkdaşlıqlarını yenidən başladacaq və İranın neft yükünü Hindistanın dövlət neftayırma zavoduna daşıyacaq.

Hindistanın neftayırma sənayesinin rəhbəri Biki Namdeo da deyib: SSİ şirkəti 3 il fasilədən sonra iyul ayında İrandan neft sayın alınmasına başlayacaq ona görə ki, İran neftindən istifadə üçün neftayırma zavodlarının sığortalanması qarşısında duran problemlər aradan qaldırılıb.