İyul 21, 2016 18:16 Asia/Baku
  • Vilayəti Malayziya baş naziri ilə görüşüb
    Vilayəti Malayziya baş naziri ilə görüşüb

İranın Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: İran və Malayziya müxtəlif sahələr, xüsusilə də iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqlarını genişləndirə bilərlər.

Fars Xəbər Agentliyinin məlumatına görə, İranın Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti cümə axşamı günü Malayziya baş naziri Nəcib Rəzzaqla Kualalumpurda görüşdə əlavə edib: İran və Malayziya Asiyada təsiredici ölkələr olaraq möhkəm və dərin əlaqələrə malikdirlər və bu əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi və çeşidləndirilməsi üçün proqramlar tənzimlənməlidir.

Malayziya baş naziri də İran İslam Respublikası ilə əlaqələrin genişlənməsini müsbət qarşılayıb və deyib: İkitərəfli əlaqələrdə mövcud potensiallardan düzgün formada istifadə etmək lazımdır.

İranın Məsləhət Şurası Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti "Cənubi Asiya Fürsəti; Anlaşma yolu ilə inkişaf" Asiya Miqrantları Konfransında iştirak etmək məqsədilə Sinqapura səfər edib. Səfər çərçivəsində Malayziyaya gedən Vilayəti bu ölkənin beynəlxalq və strateji araşdırmalar institutu alimləri və tədqiqatçıları qarşısında çıxış edib və baş nazir və xarici işlər naziri ilə görüşərək danışıqlar aparıb.

Teqlər