İyul 22, 2016 09:13 Asia/Baku
  • İranın müdafiə naziri: İran daim məzlum xalqların kənarındadır
    İranın müdafiə naziri: İran daim məzlum xalqların kənarındadır

İranın müdafiə naziri deyib ki, islam quruluşu və İran xalqı daim məzlum xalqların kənarındadır.

IRNA-nın məlumatına görə, İranın müdafiə naziri general-mayor Hüsseyn Dehqan dünən İranın Sari rayonundakı Dudange məntəqəsində 148 şəhidin anım mərasimində əlavə edib: Məzlumları müdafiə ən yüksək dəyərdir və şəhidlər də daim öz həyatlarında məzlumlar və məhrumların fikrində olublar.

General-mayor Dehqan zülm altında olan xalqların himayəsini İslam İnqilabının amallarından adlandırb və qeyd edib ki, İslam İnqilabı insani qürur və haqlılıq simvoludur və bu əsasda da zalım quruluşlar qarşısında dayanır. 

İranın müdafiə naziri həmçinin İran xalqının düşmən fitnələri qarşısındakı uğurlarının rəmzini cəmiyyətə hakim kəsilmiş əhval-ruhiyyə adlandırıb və bu əhval-ruhiyyənin bərpası və onun davamlı mədəniyyətə çevrilməsi vacibliyini vurğulayıb.

General-mayor Dehqan Rəhbərlik və birliyi düşmənlərin fitnələri qarşısında islami quruluşun stabilliyini yaradan digər amillərdən adladnrıb və bildirib: Cəmiyyətdə maddi tamahkarlıqlar və şəxsi maraqların çoxdəstəlilik və təfriqəyə gətirib çıxarmasına yol verilməməlidir.

Teqlər