Yaponiya İranda 10 milyard investisiya yatırır
İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Yaponiyanın İran iqtisadiyyatının müxtəlif sektorlarına 10 milyard dollar investisiya yatırmasından xəbər verib.
ŞANA-nın məlumatına görə, İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hüseyn Zamaniniya İranda investisiya üçün Yaponiya ilə müzakirəyə toxunaraq əlavə edib: Yaponiya əvvəldən İran üçün yaxşı şərik olub və hazırda sanksiyalardan sonrkaı dövrdə də İranın neft sənayesində aktiv iştirak etmək niyyətindədir.
Zamaniniyanın sözlərinə görə, Yaponiya şirkətləri İranın neftə sənayesinin müxtəlif sektorları, o cümlədən neft-kimya və neftayırma zavodları sahəsində investisiya yatırmaq istəyirlər. Hazırda onlar şəraiti qiymətləndirir və İranın neft sənayesində investisiyanın formasını müəyyənlşdirirlər.
İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini həmçinin deyib: Yaponiya şirkətləri İranın LNG sənayesində fəaliyyət göstərməyə maraqlıdırlar və bu barədə müzakirələr aparılıb.
Yaponiya İran neftinin Asiya müştərilərindəndir. Əhatəli Müştərək Təşəbbüs Proqramının icra olunmasından sonra bu ölkə İrandan satın aldığı neftin həcmini artırıb.