İran AEBA-ya ciddi xəbərdarlıq edib
İran İslam Respublikası İranın gizli sənədlərinin yayılması barəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmilərinə ciddi xəbərdarlıq edib.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi şənbə gecə İranın 1-ci telekanalı ilə telefon bağlantısında əlavə edib: İran yazılı və şifahi şəkildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmilərinə gizli məlumatların yayılması barədə ciddi xəbərdarlıq edib.
Amerikada prezident seçkiləri ərəfəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin gizli sənədləri yaymasının bu ölkə hökumətinə təzyiq göstərmək olduğunu və onların İranın nüvə proqramını dayandırmaq iddiasında olduğunu bəyan edən Kamalvəndi bildirib: Bəziləri çalışır ki, siyasi mənafeləri və İran İslam Respublikasına təzyiq üçün bu məlumatlardan sui-istifadə etsin.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü deyib: Sionist rejim Direktorlar Şurasına üzv ölkələrin etirazına baxmayaraq öz atom bombalarının sayını elan etməyib. Bu da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təsir altında olduğunu göstərir və siyasi xarakterli mövqeyindən xəbər verir.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin Ərak Ağır Su Reaktorunun rekonstruksiyası barəsində deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən bu rekonstruksiya müxtəlif ölkələrin iştirakı və İranın idarəçiliyi ilə həyata keçirilməlidir. Hazırda rekonstuksiya sona çatıb və detal mərhələsinə keçilib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik cümə günü bir bəyanat yayımlayaraq bu agentlik tərəfindən əlavə protokolun icrasında İranın ilk bildirişi ilə əlaqədar məlumatların yayılması məsələsini rədd edib.
Son vaxtlar Associated Press bir sıra məlumat yayımlayıb. Məlumata əsasən, İranın nüvə proqramının zənginlədirmə və inkişafı ilə bağlı uzunmüddətli proqramın bir hissəsinə toxunulub. Halbuki bu məlumat AEBA-ya təqdim olunmuşdu.