De Mistura Tehranda
-
De Mistura Tehranda
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura İran xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ənsari ilə görüşərək danışıqlar aparıb.
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De Mistura bu gün İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana gəlib.
BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Tehrana səfəri çərçivəsində İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Suriya böhranı və bu ölkə ilə əlaqədar sülh müzakirələri barədə görüşərək danışıqlar aparacaq.
Bu, Stefan De Misturanın cari ildə Tehrana 2-ci səfəridir. O mart ayının sonunda Tehrana səfər edərək, İran rəsmiləri, o cümlədən xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə sabiq müavini Hüseyn Əmir Abdullahianla Suriya prosesləri barədə danışıqlar aparmışdı.