Avq 14, 2016 10:04 Asia/Baku
  • Bu gün İmam Rza(ə)-ın mövlud günüdür
    Bu gün İmam Rza(ə)-ın mövlud günüdür

11 ziqədə 1437-ci hicri qəməri ili şiələrin 8-ci imamı həzrət Əli ibn Musa Rza(ə)-ın səadətli mövlud günüdür.

İmam Rza(ə)-ın fəzilətləri barədə nəql edilir ki, o həzrət yaşadığı dövrün ən böyük alimi imiş və Abbasi xəlifəsi Məmun davamlı olaraq o həzrəti müxtəlif suallarla imtahan edrmiş. O həzrət isə Quran əsasında bütün sualları cavablandırırmış. 

İran xalqı İmam Rza(ə)-ın mövlud günü münasibəti ilə müqəddəs məkanlara o cümlədən o həzrətin Məşhəd şəhərindəki məqbərəsinə gedərək, bu günü bayram edir. 

Şer oxumaq, məddahlıq, İmam Rza(ə)-ın fəzilətləri barədə çıxışlar, şirini və şərbət paylamaq bu günə özəl proqramlardan sayılır. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı da İmam Rza(ə)-ın mövlud günü münasibəti ilə dünya müsəlmanlarını təbrik edir. 

Teqlər