Avq 14, 2016 15:00 Asia/Baku
  • İranın vitse prezidenti Livanın baş nazirinə müraciət edib
    İranın vitse prezidenti Livanın baş nazirinə müraciət edib

İran İslam Respublikasının vitse prezidenti Livanın baş nazirinə təbrik məktubu göndərərək, Livan xalqının 2006-cı ildə 33 günlük müharibədə qələbəsini Livan xalqının ərəb dünyası və azadlıq sevər xalqların tarixində iftixarlı səhifə açdığını bildirib.

İranın vitse prezidenti İshaq Cahangiri bu gün Livanın baş naziri Təmmam Salama ünvanladığı məktubda Livan xalqının sionist rejim ilə 33 günlük müharibədəki qələbəsinin onuncu il dönümü münasibəti ilə təbrik edərək yazıb: Bu qələbə Livan xalqı və dövlətinin həmrəyliyi və müqavimət döyüşçülərinin rəşadəti nəticəsində mümkün oldu. 

İran prezidentinin birinci müavini öz müraciətində Livan xalqı və dövlətinin başı ucalığı və müvəffəqiyyətini arzulayıb. 

Sionist rejim ordusu 2006-cı il iyunun 12-də Livana 33 gün müddətində hücuma keçdi və bu müddətdə bu rejim nəzərdə tutduğu məqsədlərin heç birinə nail ola bilmədi. 

Teqlər