Avq 17, 2016 19:33 Asia/Baku
  • Nüvə anlaşmasının ruhuna zidd rəftarlar qarşısında dözümlülük nümayiş etdirməyəcəyik
    Nüvə anlaşmasının ruhuna zidd rəftarlar qarşısında dözümlülük nümayiş etdirməyəcəyik

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi deyib: Tehran bəzi ölkələrin İrana qarşı sanksiyaları qüvvədə saxlamaq üzrə nüvə anlaşmasının ruhuna zidd rəftarları qarşısında dözümlülük nümayiş etdirməyəcək.

Norveçin xarici işlər naziri bu gün günortadan sonra İslam İnqilabının Böyük Rəhbərinin xüsusi nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb, ikitərəfli iqtisadi əməkdaşlıqlar və regionda cərəyan edən hadisələr barədə danışıqlar aparıb.

Şəmxani bu görüşdə nüvə anlaşmasının icrası prosesinin davam etdirilməsi üçün sanksiyaların tam şəkildə ləğv edilməsini danılmaz gerçəklik adlandırıb və deyib: Tehran bəzi ölkələrin nüvə anlaşmasının ruhuna zidd rəftarları qarşısında dözümlülük nümayiş etdirməyəcək.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi nüvə anlaşmasının icraya qoyulmasının ardınca İran və Avropa arasında münasib əməkdaşlıq atmosferinin  yarandığını bildirib və deyib: Mövcud potensialları nəzərə alaraq, İran və Norveç arasında iqtisadi, siyasi və ticarət əməkdaşlıqları artırmaq olar.

Əli Şəmxani bəzi Avropa ölkələrinin mühacirlər qarşısındakı xoşagəlməz rəftarını tənqid edərək, deyib: Avropanın müharibə gedən ölkələrə silah göndərilməsi yolunu açıq qoyduğu bir halda, elə bu silahların qurbanlarına çevrilən mühacirləri qəbul etməkdən çəkinməsi, onlarla pis rəftar etməsi insan haqlarına zidd bir hərəkətdir.

Əli Şəmxani daha sonra terrorizmdən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadənin edilməsini yanlış hərəkət adlandırıb və deyib: terrorçu qruplara yardımların dayandırılması və xalqların istəklərinə hörmətlə yanaşılması regionda sülh və təhlükəsizliyin təmin edilməsinin yeganə yoludur.

Bu görüşdə Norveçin xarici işlər naziri Burge Berende İran İslam Respublikasını önəmli ölkə adlandırıb və deyib: İran İraq və Suriyada sabitlik və təhlükəsizliyin bərqərar edilməsində konstruktiv yol seçib və dünyanın həssas məntəqəsi olan bu regionda sülh və sabitlik üçün regional əməkdaşlıq qaçılmaz bir zərurətdir.

Norveçin xarici işlər naziri həmçinin deyib: Sanksiyaların ləğv edilməsi ilə münasib əməkdaşlıq fürsəti yaranıb və Norveç bu fürsətdən faydalanmaq, İran ilə əməkdaşlıqlarını bütün sahələr üzrə genişləndirmək niyyətindədir.

Teqlər