İran və Norveçin xarici işər nazirləri qarşılıqlı həmkarlıqların inkişafını vurğulayıblar
İran və Norveçin xarici işər nazirləri pul və bank sahələrində ticarət və iqtisadi həmkarlıqların gücləndirilməsi və ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar.
Norveçin xarici işər naziri Burge Brende dünən Tehranda İranın xarici işər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə onunla qarşılıqlı münasibətlər, regional və beynəlxalq şərait ətrafında fikir mübadiləsi aparıb.
Həmçinin İran və Norveçin xarici işər nazirlərinin iştirakı ilə İranın İxracata Zəmanət Fondu ilə Eksport Kreditlərinə Zəmanət Agentliyi arasında üç memorandum imzalanıb.
Bu sənədlərə əsasən, Norveç İrana bir milyard avroluq export kredit xətti ayıracaq.
İranlı ekspertlərin bilik və qabiliyyətlərinin yüksəldilməsi və kadrların yetişdirilməsi və dəniz sığortaları barədə İranınn Cəmiçilik Təşkilatı ilə Norveçin "Klub P and I SKULD" qurumu arasında sığorta memorandumu da imzalanıb.
Norveçin xarici işər naziri çərşənbə günü ötən ildə İrana olan ikinci səfərində İranın prezidenti Həsən Ruhani, İslam Şurası Məclisinin sədri Əli Laricani, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb.