İranın "S-300"ləri Fordoda
-
İranın "S-300"ləri Fordoda
İran Fordo nüvə təsisatlarında yerləşdirilən müdafiə məqsədli "S-300" zenit raket komplekslərinin ilk görüntülərini yayımladı.
Xatəmül-Ənbiya müstəqil Hava Hücumundan Müdafiə(HHM) Qərargahının təsis edilməsinin 10-cu ildönümü ərəfəsində Rusiydan alınmış "S-300" zenit raket komplekslərinin ilk görüntülərini nümayiş etdirib.
İran televiziyasının Fordo nüvə təsisatlarından hazırladığı görüntülərdə bir sıra HHM təchizatları o cümlədən təyyarə və helikopterlər əleyhinə raket və toplar da nümayiş etdirilib.
Xatəmül-Ənbiya HHM Qərargahının komandanı general Fərzad İsmayıl hava qüvvələrinin ölkənin hava sərhədlərinin qorunmasında tam ayıqlığa malik olduğunu vurğulayıb və deyib: Bu gün İran səması region ölkələri arasında ən təhlükəsiz səmalardan biridir və ölkənin nüvə təsisatlarının qorunması heç bir şəraitdə tətil edilə bilməz.
Bu reportajda deyildiyi kimi, Rusiyadan alınan "S-300" zenit raket kompleksi nüvə təsisatlarında o cümlədən Fordoda yerləşdirilib.