Avq 31, 2016 11:08 Asia/Baku
  • S-300-ün yerləşdirilməsi İranın qüdrətini artıracaq
    S-300-ün yerləşdirilməsi İranın qüdrətini artıracaq

Səqər Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib ki, S-300-ün yerləşdirilməsi nüvə anlaşmasının pozulması ilə mübarizə üçün İranın qüdrətini artıracaq.

Ərəbcə Sky News telekanalının məlumatına görə, Məhənd Ələzzavi deyib: İranın S-300 sistemlərini nümayiş etdirməsinə həssaslıq göstərilməməlidir. Bu hərəkət sırf hərbi bir hərəkətdir. Biz S-300-dən danışarkən modern bir raket sistemindən söhbət etmiş oluruq ki, 100 hava və ballistik hədəfi izləyə bilər. Bu raket sistemi 12 hədəfi eyni zamanda hədəfə ala bilər. 

S-300 raket sistemində mövcud olan müdafiə xüsusiyyəti İranda hərbi qərar çıxaranlara xas bir etibar verir. Bu raket sistemi moderndir və Amerikanın Patriot raketlərinə oxşar bir şeydir. Bu raket sisteminin yerləşdirilməsi İran səmasını qorumaqdan əlavə, xüsusi olaraq, İranın nüvə təsisatlarının müdafiə sistemini də gücləndirir və nüvə anlaşmasının pozulacağı təqdirdə, İranın qüdrət amili olacaqdır, xüsusən ona görə ki, nəzərə almalıyıq ki, respublikaçıların Amerika prezident seçkilərinə namizədi Donald Tramp deyibdir ki, seçkilərdə qalib gələcəyi təqdirdə, nüvə anlaşmasını rəsmən tanımayacaq. Buna görə, İran bir növ bu raket sisteminin yerləşdirilməsilə istəyibdir ki, öz qüdrətini göstərmiş olsun. Fordo nüvə təsisatları da iranlılar üçün xüsusi önəmə malikdir və İranın nüvə proqramının simvolu sayılır. Bu üzdən, həmin raket sistemini Fordo nüvə təsisatlarının ətrafında yerləşdiriblər. 

Bir neçə gün bundan öncə də iranlılar bir amerikan pilotsuzunun ölkələrinin səmasına daxil olduğunu müşahidə ediblər. Buna görə, bu raket sisteminin İranda yerləşdirilməsi daha çox bu cür hərəkətlərlə mübarizə istiqamətində hazırlıq üçündür. Əlbəttə, diqqət yetirmək lazımdır ki, bu raket sisteminin İranda yerləşdirilməsi siyasi mesajlarla da yanaşıdır. Bu raket sisteminin İrana təhvil verilməsi Moskvanın Tehranla yaxşı əlaqələrindən də xəbər verir.

Teqlər