Sen 05, 2016 16:55 Asia/Baku
  • İran və BMT regionda insan faciələrinin dayandırılması üzrə əməkdaşlıq edir
    İran və BMT regionda insan faciələrinin dayandırılması üzrə əməkdaşlıq edir

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Qərbi Asiyada insan faciələrinin qarşısının alınması üçün BMT ilə əməkdaşlığın genişləndirilməsindən xəbər verib.

İRİB-in məlumatına görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkəlkəri üzrə müavini Sadiq Hüseyn Cabiri Ənsari bazar ertəsi günü Tehranda BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefan Olbraynla görüşdən sonra deyib: İran və BMT-nin regiondan insan faciələrinin cəhətlərinin qarşısının alınması üzrə əməkdaşlıq etməsi qərara alındı.

Cabiri Ənsari Yəməndə qırğın və insan faciələrinə toxunaraq deyib: Bu qırğın Ərəbistan tərəfindən Yəmənin yaşayış massivlərinin davamlı şəkildə bombalanması ilə həyata keçirilir.

İran xarici işlər nazirinin müavini həmçinin regionun digər ölkələri, o cümlədən İraq və Suriyadakı insan faciələrinə toxunaraq deyib: Bu sahədə də bu faciələrin qarşısının alınması üçün yaxşı müzakirələr aparıldı.

Teqlər