Sen 25, 2016 11:41 Asia/Baku
  • Zərif: Bəzi ölkələr öz legitimliklərini Amerikadan asılılıqda görürlər
    Zərif: Bəzi ölkələr öz legitimliklərini Amerikadan asılılıqda görürlər

İranın xarici işlər naziri deyib ki, regiondakı bəzi ölkələr öz legitimlikləri və həyatlarını Amerikanın himayə çətrindən asılılıqda görürlər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü Nyu-Yorkda Amerikada yaşayan bir qrup iranlı ilə görüşdə deyib: Səudlar kimi regiondakı bəzi ölkələr Amerikanın dəstəyini itirməmək üçün dəridən-qabıqdan çıxır və daim amerikalılarla lobbiçilik edirlər.

İranın diplomatiya aparatının başçısı vurğulayıb: Səudlar kimilərin öz təhlükəsizliklərini təmin etmək üçün öz xalqlarına deyil, xaricilərə ehtiyacları var və bu, onlarla İran arasındakı fərqdir.

Zərif İran İslam Respublikasındakı təhlükəsizliyi xatırladaraq,deyib: Dünyanın ona təsir göstərəcək ekstremizmdən, çaxnaşmadan və Yaxın Şərq məntəqəsindən nigaran olduğu bir halda, İran tam təhlükəsizlikdədir.

İranın xarici işlər naziri söyləyib: İran xalqı heç bir təzyiq və təhdidə baş əymədi; bunun dəlili bu olubdur ki, İran xalqının özü təhlükəsizlik deməkdir və İranın təhlükəsizliyi də daxildən yaranmadır.

IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri söhbətinin digər bir hissəsində deyib: Sanksiya xalqın məişətini xətərə salır, amma bu, İran xalqını öz amalları və inanclarından ayıra bilməz.

Zərif söyləyib: Özünəinam və ümidlə daha yaxşı gələcək üçün çalışmalıyıq və digər ölkələrdə məskunlaşmış iranlılar da bəlkə müxtəlif əqidələrə malik olmuş-olsalar da İranın başıucalığı üçün səy göstərməlidirlər.

Teqlər