İranın təhlükəsizlik naziri: Bütün məkrli planlar məğlubiyyətə uğrayıb
https://azeri.sahartv.ir/news/İran-i237650-İranın_təhlükəsizlik_naziri_bütün_məkrli_planlar_məğlubiyyətə_uğrayıb
İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: İranın təhlükəsizliyinə zərbə vurmaq istəyən düşmənlərin bütün məkrli planları məğlubiyyətə uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2016 07:02 Asia/Baku
  • İranın təhlükəsizlik naziri: Bütün məkrli planlar məğlubiyyətə uğrayıb
    İranın təhlükəsizlik naziri: Bütün məkrli planlar məğlubiyyətə uğrayıb

İran İslam Respublikasının təhlükəsizlik naziri deyib: İranın təhlükəsizliyinə zərbə vurmaq istəyən düşmənlərin bütün məkrli planları məğlubiyyətə uğrayıb.

İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi şənbə günü Simnan vilayətində keçirilən bir tədbirdə deyib: Düşmənlərin bütün səyləri İranın təhlükəsizliyinə zərbə vurmaqdır. Lakin təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı, informasiya yetərliliyi və vaxtında addım atması ilə düşmənlər heç bir iş görə bilməmişlər. 

İRNA-nın məlumatına görə, Seyid Mahmud Ələvi İranın davamlı təhlükəsizliyinin İslam İnqilabına və onun dəyərlərinə borclu olduğunu bildirib və əlavə edib: Hazırda hətta ABŞ, Fransa və Türkiyədə təhlükəsizliyin olmadığını görmək olar. Amma İslami İranda təhlükəsizlik hakimdir.