Zərif: İran terrorizmlə mübarizə mehvəridir
https://azeri.sahartv.ir/news/İran-i237656-zərif_İran_terrorizmlə_mübarizə_mehvəridir
İran İslam Respublikası xarici işlər naziri deyib: İran regionda terrorizmlə mübarizə yolunda önəmli və əsas ölkədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2016 07:44 Asia/Baku
  • Zərif: İran terrorizmlə mübarizə mehvəridir
    Zərif: İran terrorizmlə mübarizə mehvəridir

İran İslam Respublikası xarici işlər naziri deyib: İran regionda terrorizmlə mübarizə yolunda önəmli və əsas ölkədir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: İran regionda terrorizmlə mübarizədə əsas ölkədir. Bu ölkə 37 il ədalətsiz təzyiqlər qarşısında müqavimət göstərmiş və eyni zamanda sülh tərəfdarı olan ölkədir. 

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif əlavə edib: İran İŞİD terror qruplaşması və terrorizm qarşısında müqavimət göstərən ölkədir. Buna görə, İranla əlaqə qurmaq hamı üçün fəxr olmalıdır. 

İran xarici işlər naziri deyib: İran üçün heç kim şərtlər təyin etmir və İran regionda müstəqil ölkədir. 

Məhəmməd Cavad Zərif Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda öhdəliyinə sadiq qalmaması barədə deyib: Amerikanın öhdəliyi yerinə yetirməməsinin azalması üçün təzyiq göstərmək lazımdır. Belə ki, İran xalqının haqları tamamilə reallaşsın.