Okt 12, 2016 13:24 Asia/Baku
  • Bugünkü dünyada dövlətlər və xalqların ən önəmli məsələsi təhlükəsizlikdir
    Bugünkü dünyada dövlətlər və xalqların ən önəmli məsələsi təhlükəsizlikdir

İranın Çində keçirilən VII Xiangshan Beynəlxalq Təhlükəsizlik-Müdafiə Forumundakı nümayəndəsi bugünkü dünyada dövlətlər və xalqların ən önəmli məsələsini təhlükəsizlik adlandırıb.

İRNA-nın məlumatına görə, İran Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əlaqələr üzrə rəisi general-mayor Qədir Nizamipur Çində keçirilən VII Xiangshan Beynəlxalq Təhlükəsizlik-Müdafiə Forumunda bildirib: Təhlükəsizlik müxtəlif səbəblər, xüsusilə də qarşısı alınmaz terrorizmin genişlənməsinə görə, artıq bir arzuya çevrilib. 

General Nizampur əlavə edib: Hazırda dünyanın müxtəlif yerlərində müxtəlif formalarda müharibə var və qan tökülür. Şübhəsiz ziyalılar, komandalar, hərbi və qeyri-hərbi mütəxəssislər arasında belə toplantılar dünyada sülh-təhlükəsizlik dialoqunun genişlənməsinə yetərincə təsir göstərə bilər. 

İranın bu forumdakı nümayəndəsi deyib: Təəssüflər olsun ki, terrorizm dövlət və qeyri-dövlət cəhətləri ilə xalqlar üçün kabusa çevrilib və digər tərəfdən silah rəqabəti, kütləvi qırğın silahlarının genişlənməsi və silahların artırılması dünya insanlarının başının üzərində təhlükə və təhdid çətiri kimi açılmışdır. 

İranı bu forumda təmsil edən general Suriya, İraq və Yəmən olaylarına diqqət çəkib: Bu ölkələrin vətəndaşları namərdliklə qətlə yetirilir və ya bombardmanlara məruz qalırlar. Bununla əlaqədar bu forum iştirakçılarına bildirirəm ki, beynəlxalq terrorizm, o cümlədən təkfirçi və dövlət terrorizmi ilə mübarizə aparmaq kollektiv iradə, məntiq və sədaqətli addım tələb edir. 

Asiya-Okeaniya Təhlükəsizliyi və Əməkdaşlığı kimi də qeyd olunan VII Xiangshan Beynəlxalq Təhlükəsizlik-Müdafiə Forumunda 59 ölkə, o cümlədən Asiya qitəsindən 400-dən çox hərbi və təhlükəsizlik rəsmisi iştirak edir. 

Teqlər