İranın BMT-dəki nümayəndəliyi Ərəbistan və İsrailin silahlandırılmasına etiraz etdi
-
Qulamhüseyn Dehqani
İran İslam Respublikasının BMT-dəki səfiri Ərəbistan və İsrail rejiminə silah satışını tənqid edərək, bunun mənfi nəticələri barədə xəbərdarlıq edib.
İRİB-nin verdiyi məlumata görə, Qulamhüseyn Dehqani İsrail rejiminin nüvə silahlarının təhlükəsini şərh edərək, bu rejimin nüvə silahlarının məhv edilməsini zəruri adlandırıb. İranın BMT-dəki səfiri həmçinin, Ərəbistana davamlı şəkildə hücum xarakterli silahların ixrac edilməsinin durdurulmasını vacib məsələ adlandırıb.
Q.Dehqani bu fikirləri BMT Baş Assambleyasının Tərksilah və Beynəlxalq Təhlükəsizlik Komitəsinin illik iclasında bəyan edib.
Dehqani bəzi Yaxın Şərq ölkələrinə həddən artıq iri həcmdə modern hücum silahlarının satılması barədə də deyib: Bu kimi silahların davamlı şəkildə regionda xüsusi ilə də Ərəbistan və İsrailə göndərilməsinin mənfi nəticələri ciddi nigaranlıqlara səbəb olur.
Dehqani Ali-Səudun Yəməndə törətdiyi cinayətlərə işarə edərək, silah ixrac edən ölkələrdən beynəlxalq hüquq qarşısındakı öhdəliklərinə əməl etmələrini və Ərəbistana silah satışını dayandırmalarını istəyib.
Ərəbistan bir ildən çoxdur ki, Yəmənə qarşı amansız müharibəyə başlayıb və ən son cinayətlərində(8 oktyabr) Yəmənin paytaxtı Sənada bir yas mərasimini bombardman edərək, 150 sivilin ölümünə yol açıb.
İranın BMT-dəki səfiri İsrail rejiminin nüvə silahları proqramı barədə də deyib: Ən təhlükəli silahlar Yaxın Şərqin ən təhlükəli rejiminin əlindədir. Belə bir rejimin ixtiyarında nüvə silahının olması Yaxın Şərqd NPT-yə üzv ölkələr üçün ciddi təhdid sayılır.
Dehqani daha sonra İsrailin NPT-yə qoşulmağa məcbur edilməli olduğunu bildirib.
İranın BMT-dəki səfiri sonda deyib: Nüvə silahlarının tam şəkildə məhv edilməsinə nail olmağın ən effektli yolu hərtərəfli Nüvə Silahları Konvensiyasının hazırlanmasıdır.