Zərif İsveçrəyə səfər etdi
Okt 15, 2016 13:31 Asia/Baku
-
Zərif İsveçrəyə səfər etdi
İran İslam Respublikası xarici işlər naziri Beynəlxalq Suriya İclasında iştirak etmək üçün İsveçrənin Luzanna şəhərinə səfər edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Məhəmməd Cavad Zərif bu gün səhər Tehranı Luzanna istiqamətində tərk edib.
İran xarici işlər nazirini İsveçrəyə səfərində müavini Sadiq Hüseyn Cabiri Ənsari müşayiət edir.
Beynəlxalq Suriya İclası bu gün şənbə İsveçrənin Luzanna şəhərində işə başlayacaq. İclasda İran, Rusiya, Amerika, Türkiyə, Ərəbistan, İraq, Misir və Qətərin xarici işlər nazirləri iştirak edəcək.