Sinqapur İranda investisiya iclasına ev sahibliyi edir
-
Vəliullah Seyf
Sinqapurda İranda investisiya mövzusunda ilk iclas keçiriləcək, iclasın keçirilməsində məqsəd İranın infrasturukturları, neft və qaz, eləcə də turizm sektorlarında investisiya fürsətlərinin öyrənilməsi və təqdimindən ibarətdir.
İRNA-nın verdiyi məlumata görə, iclasda İranın mərkəzi bankının sədri Vəliullah Seyf, İranın Sinqapurdakı səfiri Cavad Ənsari və bəzi iranlı yüksək səviyyəli rəsmilər qatılacaqlar. İclas oktyabrın 26-da keçiriləcək.
İranda investisiya mövzusunda iclasları keçirənlərə görə, İran iqtisadiyyatı möhkəm təməllərə malikdir və qarşıdakı 5 il ərzində İran iqtisadiyyatının inkişaf göstəricisinin 4-6 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Sinqapur cari miladi ili fevral ayında İranla qarşılıqlı investisiya müqaviləsi imzaladı və beləliklə, İranda xarici investisiyanın artırılması və təhlükəsizliyinin təmini üçün qanuni çərçivə yaradıldı.