İranın ən iri dəniz sənayesi sərgisi keçirilib
Dəniz sənayesi sərgisi ölkənin dəniz sahəsində ən böyük hadisəsi hesab olunur, bu sərginin regionda ən iri sərgiyə çevriləcəyi gözlənilir.
Kiş azad ticarət zonasının icraçı müdiri 18-ci dəniz sənayesi sərgisi və konfransını bu sahədəki nailiyyətlərin təqdimi üçün əlverişli fürsət yaratdığını bildirərək deyib: İranda dəniz sənayesi gəmiqayırma sənayesindən daha geniş sahəni əhatə edir. Bu sənayenin ən əsas hissəsi dənizçilik və dəniz fəaliyyətlərindən ibarətdir. İranın böyük xalqı islam inqilabının böyük rəhbərinin yol göstərmələri ilə eləcə də müqavimət iqtisadiyyatı strategiyasını əsas götürərək bu gün mütəxəssislərimizin bacarıqları və səylərinin nəticəsini nümayiş etdirmək üçün fərqli bir istiqamət götürməyə nail olub.
18-ci dəniz sənayesi sərgisi və konfransının katibi Səid Məzahiri fikir mübadiləsi üçün lazımı zəminlərin yaradılması, sahillərdən uzaq texnologiyanın köçürülməsini bu tədbirin keçirilməsinin əsas məqsədi adlandıraraq deyib: Dəniz mühəndislik cəmiyyətinin 200-dən çox üzvü var həm də tikinti sənayesi və materialları sahəsində fəaliyyət göstərən bölmələr dəniz şirkəti adını daşımadan dəniz sənayesinə xidmətlər təqdim edirlər.
Dəniz sənayesinin inkişafı fondunun icraçı direktoru BƏRCAM-dan sonra yaradılan atmosferə toxunaraq deyib: BƏRCAM-dan sonra maliyyə mübadilələri asanlaşıb, beynəlxalq əlaqələr genişlənib və İran ilə digər ölkələr arasında uzaq məsafə yaxınlaşıb. Bundan əlavə Kişdəki xarici investorlar müştərək təşəbbüs kimi bu tədbirə qatılırlar, onlar müştərək əməkdaşlıq, texnologiya idxalı və xidmətlərin təqdim olunmasını qarşıya məqsəd qoyublar.
Müsahibə: İranın dənis sənayesi və dənizçilik üzrə beynəlxalq sərgisi investisiya fürsətlərinin müəyyənləşdirilməsi və təqdimi, bu sahənin son qabiliyyətləri və nailiyyətlərinin təqdimi, İran İslam Respublikasının dəniz təsisatlar və bazalarının beynəlxalq səviyyədə tanıtdırılması məqsədi ilə keçirilir. Bu sərgi iştirakçılarla müzakirə və qarşılıqlı əməkdaşlığa əlverişli fürsət yaradır.
Müsahibə: Şübhəsiz dünyanın ən müasir nailiyyətlərinə uyğun olan İranın dəniz sənayesi və dənizçilik sərgisi, dəniz sənayesi mərkəzləri ilə xarici tərəflər arasında investisiya fürsətlərinin yaradılması və ticarət münasibətlərinin müəyyənləşdirilməsi və genişləndirilməsinə öz töhfəsini verəcəkdir.