İran Qarabağ münaqişəsinin tezliklə həll olunacağına ümid bəsləyir
-
Bəhram Qasimi
İran Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, bütün region üçün bir təhdid hesab oluna biləcək Dağlıq Qarabağ məsələsi tezliklə ədalətli və hər iki ölkənin hüququnun qoruması ilə həll olunacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün yerli və xarici jurnalistlərlə keçirdiyi mətbuat brifinqində onların suallarını cavablandırıb.
İran XİN sözçüsü Bəhram Qasimi Dağlıq Qarabağ münaqişəsi və İranın vasitəçilikdə rolu barəsində deyib: Ümumilikdə məsələ budur ki, İranın Ermənistan və Azərbaycan Respublkası ilə əlaqələri tarixi keçmişə malikdir.
İran XİN sözçüsü əlavə edib: Dağlıq Qarabağ məsələsində iki ölkə arasında vasitəçilikdə İranın rolu kimsəyə gizli deyildir. Biz bir neçə aylıq və ciddi səydən sonra Qarabağda atəşkəs şəraitini yarada bildik ki, nisbi bir stabillik əldə olundu. Lakin sonralar bəzi ölkələrin təxribatçılığı ilə bu proses davam etmədi.
"Ümumilikdə İran iki ölkə arasında çox yüksək mövqeyə malikdir və heç bir ölkənin bu işdə bizdən yüksək potensialı yoxdur. Bu, İranın region və qonşu ölkələr arasında yüksək potensialına görədir" -deyə Qasimi əlavə edib.
İran XİN-in mətbuat katibi ümidvarlıq edib ki, bütün region üçün bir təhdid hesab oluna biləcək Dağlıq Qarabağ məsələsi tezliklə ədalətli və hər iki ölkənin hüququnun qoruması ilə həll olunacaq.
Xarici İşlər Nazirliyinin rəsmisi Türkiyə rəsmilərinin açıqlamaları və Mosul əməliyyatında iştiraka israr etmələri barədə deyib: Terrorizm məsələsi çox önəmli məsələdir və hər bir dövlətin terrorçularla mübarizə aparması yaxşıdır. Lakin bu bəhanə ilə bir ölkənin hakimiyyətinin pozulması qəbul ediləsi deyildir.
Qasimi əlavə edib: Bu mübarizədə istənilən iştirak İraqın mərkəzi hökuməti və ya hər bir ölkənin hökumətinin icazəsi ilə olmalıdır. Belə olduğu halda hörmətə layiqdir.
İran XİN sözçüsü Türkiyə səfirinin Xarici İşlər Nazirliyinə çağırılması barədə deyib: Türkiyə səfiri ötən həftə tam ətraflı şəkildə Xarici İşlər Nazirliyində olub və ikitərəfli məsələlər, Suriya, İraq və Fars körfəzi ətrafındakı məsələrlə əlaqədar söhbətlər və suallar verilib və o da cavab verib. Bəzi məlumatı olmadığı məsələləri Ankaraya nəql etdi ki, sonradan onun cavabını İrana əks etdirsin.
İran və Rusiyanın Əsədə dəstəkdən əl çəkməyin qəbuledilməz olmasına dair irəli sürülən məsələyə münasibət bildirən Qasimi deyib: Bu yanlış bir hərəkətdir. Bizim Suriyadakı hərbi məsləhətlərimiz mərkəzi hökumətin müraicəti əsasında olmuşdur və tamamilə qanunidir və başqaları bu haqqı bizdən ala bilməzlər.
İran XİN sözçüsü əlavə edib: "Əslində biz tələb etməliyik ki, Avropada və bəzi region ölkələrində təlim keçmiş terrorçuların Suriyaya gəlməsinə icazə verməyin, terrorçulara silah verməyin, onları maliyyə cəhətindən dəstəkləməyin və Suriyanın günahsız vətəndaşlarını kütləvi şəkildə qırğın etməsinə icazə verməyin.
İran XİN sözçüsü Mosulun azad olunması əməliyyatının uzanmamasına ümidvarlıq edərək deyib: Biz İraqın bütün məzhəbləri və etnoslarına hörmətlə yanaşırıq. Onların məsələsini təkfirçi və terrorçulardan ayırırıq və ümidvarıq ki, münasib bir vəziyyətdə mümkün minimum tələfatla Mosul terrorçulardan təmizlənəcək və İraqda nisbi stabilliyin şahidi olacağıq.
Qasimi Tehranda keçirilməkdə olan Xəzəryanı ölkələrin işçi qrupunun iclası barədə də deyib: Xəzər dənizinin hüquqi statusu məsələsi mürəkkəb bir məsələdir. İran ötən dövrlər ərzində müzakirələrdə bu barədə çoxlu nailiyyətlər əldə etmiş və digər 4 ölkə ilə məsləhətləşmələri ilə qaranlıq məsələlərin çoxunu həll edə bilmişdir. Lakin bu məsələ bu haqda yekun razılaşmaya yaxınlaşmaq üçün zamana ehtiyaclıdır.