İranın ticarət heyəti Azərbaycana səfər edib
İranın şərqi Azərbaycan ostanından 50 nəfərlik bir ticarət heyəti dünən Azərbaycan Respublikasına 4 günlük səfərə başlayıb
İRNA-nın verdiyi məlumata görə, sözü gedən heyətin səfəri Təbrizin ticarət palatasının fəaliyyətləri çərçivəsində baş tutaraq Naxçıvan Muxtar Respublikasından başlanıb.
İran İslam Respublikasının NMR-dəki baş konsulu Mənsur Ayrım təbrizli heyəti qəbul edərək Naxçıvanda ticarət fəaliyyətlərinin üstün cəhətləri və məhdudiyyətlərini şərh edib, hədəf bazarın, qanunların dəqiq öyrənilməsi, qarşılıqlı mənafe prinsipinə riayət edilməsini vurğulayıb.
Şərqi Azərbaycanın ticarət heyəti Naxçıvan Muxtar Respublikasının ticarət mərkəzinə eləcə də Duzdağ turizm-mualicə mərkəzinə baxış keçirərək Naxçıvandakı potensialların bir hissəsi ilə tanış olub.
Şərqi Azərbaycanın ticarət heyəti Azərbaycan Respublikasına səfərinin davamında dünən Bakıda İran İslam Respublikasının səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Azərbaycanın iqtisadiyyat naziri, sahibkarlar ittifaqının rəhbərləri ilə görüş şərqi Azərbaycan ostanının ticarət heyətinin Bakıya səfərinin digər proqramlarını təşkil edir.