Okt 26, 2016 12:34 Asia/Baku
  • Bəhram Qasimi
    Bəhram Qasimi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Avropa İranla əlaqələrini normallaşdırmaq və İranla uzun müddətli əlaqələri inkişaf etdirmək istəyir.

Bəhram Qasimi dünən Avropa Parlamentidnə qəbul edilmiş, İran İslam Respublikası ilə Avropa Birliyi arasındakı əlaqələrin adiləşdirilməsi qətnaməsinə münasibət bildirərkən deyib: Avropa Parlamenti Avropa Birliyinin İranla əlaqədar strategiyası adlı bir qətnamə qəbul edərək, İranla nüvə razılaşmasından sonra İİR ilə əlaqələri adiləşdirməik və uzun müddətli əlaqələri inkişaf etdirmək niyyətindədir. 

Qasimi deyib: Bu mövzu Avropa Parlamentinin İranla bütün sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsi sahəsində iradəsinin göstəricisidir. 

İİR XİN sözçüsü sözlərinin davamında AB-dən siyasi mülahizələri nəzərə almadan və mənfi təbliğat hay-küylərindən uzaq qalaraq İranla əlaqələrin inkişafı üçün müəyyən mexanizmlər hazırlamağa təşəbbüs göstərməyə çağırıb. 

Teqlər