Okt 26, 2016 18:10 Asia/Baku
  • İranın ticarət heyəti Bakıda
    İranın ticarət heyəti Bakıda

Ticarət Palatasının üzvləri, iş adamları və sahibkarlardan ibarət 28 nəfərlik bir heyət Şərqi Azərbaycandan Bakıya səfər edərək, Azərbaycanın Sahibkarlar Konfederasiyasının vitse-prezidenti ilə görüşüb.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, bu görüşdə kənd təsərrüfatı, dərman istehsalı, xalçaçılıq, ağac emalı, arıçılıq və şirniyyat sahələri üzrə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi yolları araşdırılıb. 

Təbrizin Ticarət Palatası sədri Əlirza Ağabalayi bu səfərin məqsədini ötən il iki ölkə arasında imzalanan iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üzrə memorandum çərçivəsində əməkdaşlıqların artırılması adlandırıb. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov da bu görüşün önəminə təkid edərək, deyib: Təbrizin Ticarət Palatası ilə əməkdaşlıq sənədi imzalandı. 

V.Zeynalov həmçinin, ticarət əlaqələrinin genişləndirilməsinə, birgə müəssisələrin təsis edilməsinə və çeşidli bazarların yaradılmasına təkid edib.

Teqlər