Moqerini Tehranda Zəriflə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i242435-moqerini_tehranda_zəriflə_görüşüb
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İran İslam Respublikasının xarici işlər naziri ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2016 08:04 Asia/Baku
  • Moqerini Tehranda Zəriflə görüşüb
    Moqerini Tehranda Zəriflə görüşüb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İran İslam Respublikasının xarici işlər naziri ilə görüşüb.

ISNA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bu gün səhər Tehranda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə ikitərəfli məsələlər, region və dünya hadisələri barədə danışıb.

Bu məlumata görə, Moqerini İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə də görüşüb məşvərət etməlidir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İran prezidentilə görüşdən sonra bir daha Məhəmməd Cavad Zərif ilə danışıqlar aparacaq.

 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin sözlərinə görə, Federika Moqerininin Tehrandakı məşvərətlərinin mehvəri, Suriya hadisələri xüsusiyyət təşkil etməklə ikitərəfli həmkarlıqlar olacaqdır.

Moqerinin Tehrana səfəri elə bir halda həyata keçir ki, ötən həftə Avropa Parlamenti İran ilə Avropa Birliyi arasında əlaqələr barədə strateji sənədi qəbul etdi.

Həmçinin qərar üzrə, İran ilə Avropa Birliyi arasındakı danışıqların ikinci dövrü 2016-cı ilin noyabrında Brüsseldə İran xarici işlər nazirinin müavini Məcid Təxte Rəvançi ilə Moqerinin müavini Helqa Şmidt arasında keçiriləcək.