Noy 03, 2016 16:23 Asia/Baku
  • General-leytenant Hüseyn Salami
    General-leytenant Hüseyn Salami

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanəvəzi 1979-cu ildə ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsinin Amerikanın İrandakı siyasətinin sonu olduğunu bildirib.

İRİB-nin verdiyi məlumata görə general-leytenant Hüseyn Salami bu gün 13 aban şagirdlər günü və ABŞ-ın Tehrandakı casusluq yuvasının ələ keçirilməsinin ildönümü günü münasibəti ilə keçirilən mərasimdə etdiyi çıxışında deyib: ABŞ-ın casusluq yuvasının ələ keçirilməsi nəinki Amerikanın İrandakı siyasətlərinə son qoydu, hətta rəqibsiz bir supergücün müqəvva heybətini bəşər tarixində məhv etmiş oldu.

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanəvəzi deyib: ABŞ elə bir şəraitdə demokratiyadan dəm vurur ki, dünyanın diktatorları onun əlaltılarıdır və Amerika tərəfindən dəstəklənirdlər, bunlara Misirin hakimiyyətdən kənarlaşdırılan diktatoru, İranın qovulan şahı, Ali-Səud və Ali-Xəlifə rejimlərini nümunə göstərmək olar. 

General-leytenant Hüseyn Salami bu gün dünyada işgəncə aparatlarının Amerikanın istehsalı olduğunu və Amerika tərəfindən digər ölkələrə ixrac edildiyini xatırladaraq deyib: ABŞ guya insan haqlarını müdafiə edir, amma dünyanın azadlıq sevən insanlarından ibarət on minlərlə adam Amerikaya məxsus insan haqları metodları ilə işgəncə edilərək öldürülürlər.

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanəvəzi bu gün milyonlala insanın Amerikanın hərbi müdaxilələri nəticəsində öldürüldüyünü bildirərək deyib: Bu gün islam dünyasında fitnəni alovlandıran təkfirçi qruplar daxil  terrorçu qrupların siyasi doğum yeri Amerikadır.

Teqlər