Noy 03, 2016 16:28 Asia/Baku
  • 13 aban yürüşü
    13 aban yürüşü

İranda dünyanın zalım qüvvələri ilə mübarizə gününün yürüşlərinin yekun qətnaməsində Amerika dünya xalqlarının birinci dərəcəli düşməni adlandırılıb.

İRİB-nin verdiyi məlumata görə, 13 aban şagirdlər günü və Amerikanın Tehrandakı casusluq yuvasının ələ keçirilməsinin ildönümü gününün yürüşlərinin yekun bəyanatında deyilir: İran xalqı dünyanın zalım qüvvələrinin mahiyyətini öyrənərək, ABŞ-ın ardı-arası kəsilməyən cinayətlərini müşahidə edərək bu supergücü bəşəriyyətin birinci düşməni hesab edir.

Bəyanatda deyilir: 13 aban ilhamverici bir gün olaraq, İslam İnqilabının ən önəmli müraciətlərindən biri olan zülmə qarşı mübarizə müraciətini özündə daşıyır və bu gün azadə insanların vicdanı ABŞ-ın hegemonçu siyasətləri ilə mübarizənin güclü məntiq, fəzilət və insani öhdəlikdən mənşə aldığına inanır. 

13 aban yürüşlərinin son bəyanatında deyilir: İran xalqı etimad ediləsi olmayan, məkirli planlar hazırlayan Amerikanın zülm və cinayətə əsaslanan siyasətlərini pisləyərək bildirir ki, İslam İnqilabının Böyük Rəhbəri Həzrəti Ayətullahülüzma Xameneinin əmri altında ABŞ-ın zülmləri ilə mübarizəsini davam etdirəcək. 

Bəyanatda ABŞ-ın sionist rejim, Səudiyyə Ərəbistanı, İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terrorçu qrupların Fələstin, Yəmən, Suriya və İraq xalqlarına qarşı öz cinayətlərini davam etdirmələrində əsas rol oynadığı vurğulanır və deyilir: Bu sahədə hər hansı susqunluq islama xəyanətdir. 

13 aban mərasimlərinin yekun bəyanatında dünya müsəlmanları, xüsusi ilə də Fələstin, Yəmən, Suriya, İraq və Bəhreyn xalqlarına dəstəyin dini vəzifə və zalımlara qarşı mübarizənin əməli nümunəsi olduğu bildirilib, İranın ABŞ və dünyanın digər zalım güvvələrinin siyasi, təhlükəsizlik, mədəni və iqtisadi nüfuzunun qarşısının alınması sahəsində öz potensiallarından istifadə etməsi vurğulanıb. 

Teqlər