Noy 03, 2016 18:20 Asia/Baku
  • İran prezidenti Mişel Ounu təbrik edib
    İran prezidenti Mişel Ounu təbrik edib

İran İslam Respublikasının prezidenti Mişel Ounu Livan prezidenti seçildiyinə görə təbrik edib.

İranın prezident aparatının informasiya portalının verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən Livan prezidenti Mişel Ouna göndərdiyi təbrik müraciətində onun prezident seçilməsinin Livanın daxili və regional sahələrdə güclənməsi və çiçəklənməsini müjdələdiyini, Livan xalqının birliyi və müqavimətinin simvolu olduğunu bildirib.

İran prezidenti təbrik müraciətində bildirib: Mişel Ounun prezidentliyi dövrü İran ilə Livan arasında əlaqələr daha da inkişaf edəcək.

Ruhaninin Mişel Ouna müraciətində Livan dövləti və xalqı üçün uğurlar və başıucalıq arzu edilib. 

Livanda iki il yarım müddətində prezident boşluğu nəticəsində davam edən böhrandan sonra nəhayət Livan parlamentinin üzvləri oktyabrın 31-də Livan Hizbullahının dəstəklədiyi namizəd olan Mişel Ounu ölkənin yeni prezidenti seçdi. 

Teqlər