Noy 04, 2016 19:23 Asia/Baku
  • Təbrizdə yerli ötürücü qutu istehsalına başlandı

Minik avtomobilləri yerli ötürücü qutusu ilə hərəkət edəcəklər. Şərqi Azərbaycan ostanının mərkəzi olan Təbrizdə mexanika ötürücü qutularının yeni nəslinin istehsalına başlanıb. Bu ötürücü qutusunun xüsusiyyətlərindən biri yağın az istehlakıdır.

Minik avtomobillərinin ötürücü qutularının ən modern istehsal xətti Təbrizdə istifadəyə verildi.

İstehsal zavodunun işçilərindən biri deyib: Ötürücü qutunun daxilindəki yedəklərin istehlakı dünya keyfiyyəti səviyyəsindədir.

İstehsal zavodunun başqa bir işçisi deyib: Muftanın hidravlik dəyişməsi sisteminə malikdir. Və həmçinin öncəki modelləri ilə müqayisədə daha az yağ istehlak edir.

İrankhodro Çərxeşgər Şirkətinin icra direktoru Vəfadar deyib: Təxminən 14 milyard tümən investisiya ilə yüksək texnologiyalı bir istehsal xəttini Şərqi Azərbaycan ostanına daxil edə bildik. Belə ki, ildə minik avtomobilləri üçün 300 min mexanik ötürücü qutusu istehsal edə bilərik.

İstehsal zavodunun işçilərindən biri deyib: Əsgərlik xidmətim yenicə bitib. İnstitutu bitirmişəm. Gəlmişəm burada işləyirəm, inşallah.

İrankhodro Dizel Şirkətinin icra direktoru Rəzzazi bildirib: Məqsədimiz budur ki, bütün məhsullar yerli istehsalla hazırlansın. Təbii ki, yerli istehsalçıların bəzisi bizim qrupumuzdadır, bəzisi də bizim qrupdan kənardadır. Hamısını dəstəkləyirik ki, yeni texnologiyalar gətirsinlər.

Bu istehsal xəttinin istifadəyə verilməsi ilə 60 nəfər üçün iş yeri açıldı. Ən önəmlisi budur ki, Şərqi Azərbaycan ostanında 400 yedək istehsalı şirkəti də məqsədinə nail oldu.

 

Teqlər