Zərif: Trampı region və dünya həqiqətləri ilə bağlı düzgün dərkə dəvət edirəm
https://azeri.sahartv.ir/news/İran-i244670-zərif_trampı_region_və_dünya_həqiqətləri_ilə_bağlı_düzgün_dərkə_dəvət_edirəm
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın yeni prezidentini region və dünya həqiqətləri ilə bağlı düzgün dərkə dəvət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 15:29 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın yeni prezidentini region və dünya həqiqətləri ilə bağlı düzgün dərkə dəvət edib.

İran xarici işlər naziri Donadl Trampın ABŞ prezidenti seçilməsinə reaksiya olaraq deyib: İran digər ölkələrin daxili işlərinə müdaxilə etmir. Bu, Amerika xalqının seçimidir. Amma, hər kim ABŞ prezidenti olarsa, dünya və Yaxın Şərq ilə bağlı həqiqətləri dərk etməlidir. 

Məhəmməd Cavad Zərif əlavə edib: İran və Amerika siyasi əlaqələrə malik deyillər. Amma, Amerika bir neçə tərəfli beynəlxalq anlaşma olan nüvə anlaşmasında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. 

İranın xarici işlər naziri bu gün səhər Buxarestdə Rumınya xarici işlər naziri Lazar Komanesko ilə görüşüb, danışıqlar aparıb. Daha sonra İran və Rumınya xarici işlər nazirləri 2 əməkdaşlıq sənədi imzalayıblar.