Tehranda iranlı şəhid müxbirin dəfn mərasimi keçirilib
-
şəhid Möhsün Xəzayi
İran Radio və Televiziya Təşkilatının müxbiri şəhid Möhsün Xəzayinin dəfn mərasimi İslam Şurası Məclisinin sədri və bir qrup rəsminin iştirakı ilə Tehranda keçirilib.
İRİB-in müxbiri Möhsün Xəzayi şənbə günü Suriyanın Hələb şəhərində reportaj hazırlayarkən şəhid olub.
İRİB-in məlumatına görə, İran parlamentinin sədri Əli Laricani şəhid Möhsün Xəzayinin dəfn mərasimində deyib: İran İslam Respublikası müxbirlərinin çətin və böhranlı bölgələrdə iştirakı onların İslam İnqilabının amallarının qorunmasına sadiq olduğunu əks etdirir.
İran parlamentinin sədri əlavə edib: İran islam Respublikasının Suriyaya dəstəyi və məsləhətləşmə iştirakı bu ölkə və bütün bölgəyə təhlükəsizlik və dincliyin qaytarılmasına səydir.
İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri Əbdüləli Əli Əsgəri də bu şəhid müxbirin dəfn mərasimində iştirak edib.
Dəməşqdə Həzrət Zeynəbin (s.ə) pak hərəmində mərasim keçirildikdən sonra şəhid Xəzayinin cəsədi Tehrana gətirilib.