Zərif: İsrail regiondakı böhranın əsas səbəbkarıdır
https://azeri.sahartv.ir/news/İran-i245354-zərif_İsrail_regiondakı_böhranın_əsas_səbəbkarıdır
İran xarici işlər naziri deyib6 İslam dünyasının əsas problemi sionist rejimdir və islam dövlətləri bu rejim tərəfindən Fələstin xalqının hüququnun tapdalanmasına cavabdeh olmalıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2016 15:02 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İran xarici işlər naziri deyib6 İslam dünyasının əsas problemi sionist rejimdir və islam dövlətləri bu rejim tərəfindən Fələstin xalqının hüququnun tapdalanmasına cavabdeh olmalıdırlar.

İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranda keçirilən İslam Dünyasının Geosiyasi Böhranları Beynəlxalq konfransında deyib: Radikallığın səbəbi islam dövlətlərinin sionist rejimlə davranışda yararsızlığıdır və islam dünyasının bəzi ölkələri öz yararsızlıqlarını şiə və sünni ixtilafı kimi qeyri-real təhlülələrə doğru yayındırmağa çalışırlar.

İslam dünyasının ən önəmli daxili problemlərini siyasi, ictimai, daha önəmlisi dialoq problemi adlandıran Zərif bildirib: İslam dünyasına qəbul etdirlən problemlər islam dünyasının hazırkı şəraitini çətinləşdirən, radikallıq, terrorizm, firqə, milli və etnos ixtilaflarıdır.

Zərif xatırladıb: İran İslam Respublikasında vətəndaşlar qərarların verilməsində iştirak edərək bir çox problemləri fürsətə çevirmiş və xarici təzyiqlər qarşısında İrana minimum xəsarətin dəyməsini önləyiblər.

İran xarici işlər naziri əlavə edib: Dünya ölkələri keçid dövründə olan hazırkı problemləri Suriya, Yəmən, İraq və islam dünyası coğrafiyası ilə məhdudlaşdırmamalıdırlar. Çünki bu problemlər bəşəriyyəti hədələyən təhlükələrdir.

Məhəmməd Cavad Zərif deyib: Problemlər idarə olunasıdır. Lakin kollektiv və ortaq işləməyə ehtiyac duyulur və hazırda islam dünyasını hədələyən böhranlar diqqət mərkəzində durmalıdır. 

İranın xarici diplomatiya idarəsinin rəhbəri deyib: Təfriqə qarşısında vəhdət siyasəti, təslimçilik qarşısında müqavimət siyasəti, zorakılıq qarşısında sülhü və radikallıq təhlükəsi qarşısında mötədilliyi yürütmək lazımdır.