Noy 24, 2016 20:57 Asia/Baku
  • Sloveniya xarici işlər naziri: İran regional böyük qüdrətdir
    Sloveniya xarici işlər naziri: İran regional böyük qüdrətdir

Sloveniya xarici işlər naziri İran İslam Respublikasını regional proseslərdə müsbət rola malik regionun böyük qüdrəti adlandırıb.

Karl Erjaveç bu gün günortadan sonra İran Xarici İşlər Nazirliyində Məhəmməd Cavad Zəriflə görüşdə öz ölkəsinin rəsmilərinin İrana səfərindən razılıq edərək deyib: İran və Sloveniya əlaqələrində yeni səhifə açılıb və yüksək səviyyələrdə çox yaxşı görüşlər baş tutmuşdur. Ümidvarıq tezliklə onun nəticələrinin şahidi olacağıq.

Bu görüşdə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif iki ölkənin ikitərəfli əməkdaşlıqların genişləndirilməsi üzrə çoxlu potensialına toxunaraq ümidvarlıq edib ki, iki ölkə regional və beynəlxalq məsələlərdə ortaq baxışlara və nigaranlıqlara malik olacaqlar.

İran və Sloveniya arasında rabitə və texnologiya, iqtisadi əməkdaşlıq və nano texnologiya sahəsində əməkdaşlıq sənədləri Sloveniya xarici işlər nazirinin İrana səfəri çərçivəsində imzalanıb.

Teqlər