Noy 26, 2016 17:46 Asia/Baku
  • Türkiyə xarici işlər naziri iranlı həmkarı ilə görüşüb

Türkiyə və İran İslam Respublikası xarici işlər nazirləri Tehranda region olayları barədə danışıqlar aparıblar.

İRİB-in məlumatına görə, bu gün səhər Tehrana səfər edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İran prezidenti Həsən Ruhani ilə görüşdə regional problemlərin həlli üçün səylərin davam etdirilməsi, regionun sülh və təhlükəsizliyinin təmin olunması, həmçinin terrorizmlə müştərək mübarizə barədə məsləhətləşmə apardıqdan sonra iranlı həmkarı Məhəmməd Cavad Zəriflə də görüşüb və ikitərəfli əlaqələr və regionun son olayları barədə müzakirələr edib.

Çavuşoğlu bəzi İran rəsmiləri ilə də görüşəcək.

Bu, Türkiyədə 2016-cı il uğursuz iyul çevrilişindən sonra Çavuşoğlunun İrana ikinci səfəridir.

Teqlər