Noy 27, 2016 10:24 Asia/Baku
  • İranın dəmir yolu şirkətinin icraçı direktoru istefa verib
    İranın dəmir yolu şirkətinin icraçı direktoru istefa verib

İki qatarın Simnan ostanı ərazisində toqquşaraq onlarla sərnişinin ölümü və yaralanması ilə nəticələnməsindən sonra İran İslam Respublikası dəmir yolu şirkətinin icraçı müdiri bu hadisəyə görə xalqdan üzr istəyərək vəzifəsindən istefa verib.

İran İslam Respublikası dəmir yolu şirkətinin icraçı müdiri Möhsün Purrsəid Aqai dünən 1-ci telekanalda qatar qəzası nəticəsində həlak olanların ailələrindən üzr istəyərək deyib: Bu hadisə mənim idarə etdiyim təşkilatda yol verilmiş səhvə görə baş verib,məhz buna görə də ictimai məsuliyyətimi dərk edərək, hadisə qurbanlarının ailələrinin dərdlərini bölüşmək naminə istefamı təqdim etdim və nazir də qəbul etdi. 

İİR dəmir yolunun istefa vermiş rəhbəri deyib: Hadisəni nazirin nəzarəti ilə dəmir yolu şirkətinin hadisələr komisiyası araşdırmaqdadır və nəticə yaxın günlərdə elan olunacaq.

Cümə günü İranın Simnan ostanında iki sərnişin qatarının toqquşması nəticəsində 40-dan çon sərnişin həlak oldu, 100-dən çox adam da yaralandı. 

Teqlər