İranda ilk dəfə olaraq kreogen anbarlar istehsal olunub
Şah əsərin yaradıldığı sex. Ən hündür kriogen dondurma anbarını düzəltdilər ki, indiyə qədər İranda onun analoqu olmamışdı.
Tədqiqatçı Seyid Məhəmmədrza Mahmudian deyib: Xarici brendlər arasında da ən hündürlərindən hesab olunur.
İqtisadi durğunluq bu sexdə yeni hərəkətin başlanğıc nöqtəsi idi.
Sənaye Maşınqayırma Sexinin istehsal müdiri Mehdi Nəsr deyib: Bizim 40-50 faiz potensialımız boş idi. Bir elm təməlli şirkətlə fəaliyyətə başladıq.
Elm təməlli şirkətlə əl-ələ verdilər ki, sexlərinin boşluq potensialını doldursunlar. Elm təməlli şirkətin 4 tədqiqatçısı 8 il araşdırma ilə məşğul olaraq tələbəlik dissertasiyalarını sənaye ideyasına çevrimişdir.
Kreogen anbarların dizayn və istehsal müdiri Fərzad İftixari deyib: Tələbəlik dissertasiyasının əvvəlində riskə getdik və öz işimizi buraxmaqla razılaşdıq. Böyük sənayedə ideolojistə çevrilə bildik.
Mənfi 200 dərəcə santiqradda mayenin oksigeni və nitrogenini saxlayan anbarların istehsalı texnologiyası, indiyə qədər Avropa Birliyi, Amerika və Yaponiyanın inhisarında idi.
Sənaye Maşınqayırma Sexinin icra direktoru Calal Purhüseyni deyib: Balıq yetişdirməsi, polad obyektləri, neft-kimya zavodları üçün istifadə oluna bilər. Ən çox istifadəsini deyə bilərik ki, xəstəxanadadır.
Bir-iki ildir ki, maşınqayırma sexi və elm təməlli şirkət əməkdaşlıq edərək bu mürəkkəb texnologiyaya malikdirlər və müxtəlif istifadələr üçün böyük-kiçik anbarlar istehsal edirlər.
Tədqiqatçı Seyid Məhəmmədrza Mahmudian deyib: Texnologiya və dizaynın yaxşılaşdırılmasında 80-90% irəliləyiş var.
İndi isə, bu günlərdə şah əsəri yaratdılar. Tehran neftayrıma zavodunda quraşdırmaq üçün hündür, geniş və modern anbar.
Anbarın tutumu 70 kubmetrdən çoxdur. Və onun hündürlüyü 18 metrdir. Anbar saatda 148 km sürətli tufan qarşısında davamlıdır. Və güclü zəlzələ qarşısında dözümldür. Və ağır şəraitdə öz müqavimətini qoruyur. Xarici oxşarlığı ilə müqayisədə 40% ucuz və İranın yerli şəraitinə münasibdir. İranda satışdan sonra xidmətlər ümumiyyətlə yox idi.
1000 böyük və kiçik kriogen anbar. Hal-hazırda ölkənin müxtəlif sənaye sahələrinin illik ehtiyacı.
İndi əgər bu anbarları istehsal edənlərin icrayi və maliyyə potensialı elə bir həddə çatarsa ki, bu texnologiya sahəsində ölkənin bütün ehtiyacını təmin etsinlər, ildə 30 milyon dollar valyutanın ölkədən çıxmasının qarşısını ala bilərlər. Hətta, ixracatla valyuta da gətirə bilərlər.