Hökumət Təbriz-Məşhəd qatar hadisəsi müqəssirləri ilə ciddi davranacaq
https://azeri.sahartv.ir/news/İran-i248126-hökumət_təbriz_məşhəd_qatar_hadisəsi_müqəssirləri_ilə_ciddi_davranacaq
İranın səhiyyə, müalicə və tibbi təhsil naziri deyib: Hökumət Təbriz-Məşhəd qatar hadisəsi ilə bağlı istənilən vəzifədə olursa olsun, müqəssirlərlə ciddi şəkildə davranacaq və heç bir səhlənkarlıq etməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2016 15:27 Asia/Baku
  • Həsən Qazizadə Haşimi
    Həsən Qazizadə Haşimi

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri deyib: Hökumət Təbriz-Məşhəd qatar hadisəsi ilə bağlı istənilən vəzifədə olursa olsun, müqəssirlərlə ciddi şəkildə davranacaq və heç bir səhlənkarlıq etməyəcək.

Həsən Qazizadə Haşimi çərşənbə günü qatar hadisəsində həlak olanların Təbrizdə keçirilən dəfn mərasimində deyib: Bu hadisənin səbəbi və səbəbkarları barədə araşdırma başlanıb və hökumət hər bir halla, o cümlədən xilasetmə əməliyyatında səhlənkarlıq edən təcili yardım, Qırmızı Aypara Cəmiyyəti, Dəmiryolu və polislə ciddi şəkildə davranacaq və cəzalandıracaq.

Şərqi Azərbaycan valisi də bu mərasimdə Azərbaycan ostanının matəmə qərq olduğunu deyərək bildirib: Hazırda bu diyarın əhalisi "Ya Hüseyn!" nidası ilə həlak olanları son mənzilə yola salır.

Təbriz-Məşhəd qatarı hadisəsində həlak olanların dəfn mərasimi Təbrizdə böyük izdihamla keçirilib.