Laricanı: ABŞ-ın İrana qarşı sanksiyalarının uzadılmasının heç bir əsası yoxdur
İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: ABŞ senatının İrana qarşı sanksiyalar qanununun müddətini 10 il uzatması bu ölkənin beynəlxalq öhdəliyi baxımından heç cur əsaslandırıla bilməz.
Əli Laricani bu gün pralamentin açıq iclasında ABŞ senatının İrana qarşı sanksiyalar qanununu 10 il müddətinə uzatmasına toxunaraq deyib: ABŞ konqresinin son qərarı nüvə anlaşmasına ziddir, ona görə ki, əhatəli müştərək təşəbbüs proqramının maddələrindən səkkizi buna qarşıdır.
Laricani deyib: Konqres üzvlərindən yarısının demokrat partiyasından olmasına baxmayaraq hətta bir nəfər belə bu layihənin əleyhinə səs vermədi bu isə ABŞ-da bütün hakimiyyətin İrana qarşı sanksiyalarla razılaşdığını göstərir.
Laricani bu hərəkətin ABŞ-ın indiki prezidentinin etibarsızlığının göstəricisi olduğunu bildirərək deyib: ABŞ prezidentinin konqresdə onun üçün müəyyən məhdudiyyətlərin olması barədəki iddiaları sədaqətli deyil.
İran parlamentinin sədri deyib: İrana qarşı sanksiyalar qanununda (Damato) ən əsası neft və qaz sektoru və neft-kimiya sektorunda investisiyalar hədəfə alınır halbuki, əhatəli müştərək təşəbbüs proqramının 21-ci maddəsində ABŞ-ın sanksiyalardan çəkinməli olması açıq-aşlar şəkildə öz əksini tapmışdır.
ABŞ senatı cümə axşamı 99 lehinə və əlayhinə səs olmadan İrana qarşı sanksiya qanununu növbəti 10 il üçün uzatmışdır.
Öncə də ötən ay ABŞ konqresi nümayəndələr palatası bu layihəyə müsbət səs verdi . İrana qarşı sanksiyalar qanunu ABŞ prezidenti Barak Obamanın imzasını gözləyir.