Zərif Əfqanıstan prezidenti ilə görüşüb
-
Zərif Əfqanıstan prezidenti ilə görüşüb
İran İslam Respublikası xarici işlər naziri ilə Əfqanıstan prezidentinin görüşündə qarşılıqlı əlaqələr və region məsələləri müzakirə edilib.
İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün Hindistanın Amritsar şəhərində " Asiyanın ürəyi" adlı konfransın kənarında Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə götüşüb. Görüşdə Zərif iki ölkə əlaqələrinin daha da genişləndirilməsinə, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıqların gücləndirilməsi üçün lazımı zəminlərin yaradılmasına təkid edib.
İİR xarici işlər naziri dünən səhər çağı "Asiyanın ürəyi" konfransında iştirak məqsədi ilə Hindistan paytaxtı Yeni Dehliyə daxil olmuşdur.
Hindidtanda keçirilən konfransda məqsəd Əfqanıstana yardımdan ibarətdir. Konfransda 30 ölkənin o cümlədən Əfqanıstanın qonşu ölkələrinin nümayəndələri iştirak edir.