Dek 05, 2016 17:48 Asia/Baku
  • Zəncanlı tələbələrin robot texnologiyası sahəsindəki uğurları
    Zəncanlı tələbələrin robot texnologiyası sahəsindəki uğurları

Zəncanlı çalışqan tələbələr çoxistifadəli sənaye robotları düzəldərək, öz elmlərini əmələ çevirə və beynəlxalq arenadakı elmi dərəcələrini yüksəldə biliblər.

Beynəlxalq cədvəldə 185 pillə yüksələ bilmişəm.

Əlirza- İranın yığma badminton komandasının çempionu. O, müvəffəq bir tələbədir. Bu çempion tələbə elektronikanı və idmanı öz komanda yoldaşları ilə bölüşüb və gecə-gündüzlü səyləri ilə robot düzəldiblər.

Əlirza Fəqfuri- Zəncan robot komandasınn başçısı: Bir sıra elektronlaşdırmalar həyata keçirə bilmək üçün iş layihələrində iştirak etmək ardıncayıq.

Bunların elmi işi dünyadakı güclü rəqiblərini kənara qoyub və tanınmış universitetlər arasında məşhurlaşıbdır.

Mohəmmədi- Robot komandasının üzvü: İngiltərədə üç, Amerikada iki, İranda, Zəncanda da bir sıra müştərək layihələr həyata keçirmişik.

Doktor Moəyyeri və tələbələrinin ekoloji texnologiyalar əldə etdikləri başqa bir tədqiqat mərkəzinə gedirik.

Doktor Moəyyeri- Zəncan ekoloji texnologiya üzrə məsul şəxs: Biz tələbələri buraya toplamağa və tədqiqat layihələrini əmələ, texnologiyaya və sərvətə çevirməyə çalışdıq.

Dadxah- Texnologiya komandasının üzvü: Mən doktorluğa daxil olan zaman müştəri mehvərli tədqiqatlar və əsas mövzunun önəmini hiss etdim.

Öz elmlərini həyata keçirmək istəyənlərin indi əkinçilərə xeyirləri də çatıbdır.

Əli Yari- Texnologiya komandasının üzvü: Benkerfud adlı bir yemək ilk dəfə dünyada hazırlanıbdır ki. istixanalarda istifadə edək.

Bu laboratoriyalarda tələbələr tarakandan çəkinən kəslər üçün də bir çarə qılıblar.

Purhüseyn- Texnologiya komandasının üzvü: Bu ikiməqsədli bir tələdir ki, zərbə ilə tutur, həm də onda zəhərdən istifadə olunur və tarakanı zəhərləyərək, tutur.

Bu zəncanlı tələbələrin 1200 texnologiya qrupunun təkcə bir guşəsidir.

 

 

 

Teqlər