Dek 05, 2016 20:05 Asia/Baku
  • 
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi
    İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyb ki, dini qruplara qarşı hər cür zorakılıq və ayrı-seçkilik rəftarı pislənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün öz həftəlik brifinqində Myanmada Ruhingiya müsəlmanlarına qarşı zorakılıq və ayrı-seçkilik rəftarının davam etməsi və İran İslam Respublikasının bu barədəki mövqeyi haqda deyib: Müsəlmanlara qarşı zorakılıq cəmiyyəti ifratçılığa sövq edir və bu prosesin yayılması heç bir region və dünya ölkəsinin xeyrinə olmayacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Myanma rəsmilərinə tövsiyə edibdir ki, özlərinin sabitliyi və təhlükəsizliyi üçün aqilanə bir həll yoluna üz tutsun və xüsusən müsəlmanlar ilə bağlı zorakılıq və ayrı-seçkilikdən çəkinsinlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra Amerikanın İrana qarşı sanksiyalarının uzadılmasına işarə edərək, deyib: Amerika İran qarşısında düşmənçilik rəftarlarına adət edib və yeni sanksiyaların nəticəsinin Amerikanın gələcək dövlətində nə olacağını bilmək üçün gələcəyi gözləmək lazımdır və bu barədə proqnoz vermək olmaz.

Qasemi belə bir halda vurğulayıb: İran İslam Respublikası heç vaxt öz öhdəliklərinə göz yumulması və nüvə anlaşmasının pozulmasında öncül olmayacaq.

Teqlər