Dek 06, 2016 15:44 Asia/Baku
  • Zərif: İran və Çinin əməkdaşlığı stratejidir
    Zərif: İran və Çinin əməkdaşlığı stratejidir

İran İslam Respublikası xarici işlər naziri deyib: İran və Çinin əməkdaşlıq və əlaqələrinin genişləndirilməsi prosesində heç bir məhdudiyyət yoxdur.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Çin paytaxtı Pekində iranlı və çinli iş adamlarının iclasında deyib: İran və Çin prezidentləri tarixi əlaqələri mövcud potensialları nəzərə alaraq strateji ortaqlığa çevirməyi qərara alıblar və bu, İran və Çin dövlətlərinin əlaqələrin möhkəmləndirilməsi üzrə iradəsini əks etdirir.

Zərif bildirib: İran və Çin əlaqələrinin inkişaf mühərriki iranlı və çinli iş adamlarıdır və onlar öz fəaliyyətlərini sürətləndirməlidirlər.

İran xarici işlər naziri Çini İranın strateji şəriki adlandıraraq əlavə edib: Çin ağır şəraitdə İranın dostu olmuşdur və Tehran iki ölkə əlaqələrinin bundan da yaxşı davam edə biləcəyinə inanır.

Zərif İranın Çin üçün etibarlı və təhlükəsiz şərik olduğunu bəyan edərək əlavə edib: İran bazarı investorlar üçün mənfəətli bazardır.

İran xarici işlər naziri həmçinin Çin prezidentinin "bir kəmər, bir yol" adı ilə yeni formatda ipək yolunun canlandırılması üzrə Çin prezidentinin təklifinə toxunaraq deyib: İran və Çin əlaqələrinin aydın və müsbət gələcəyi vardır.

İran İslam Respublikası xarici işlər naziri Hindistanda "Asiya Ürəyi - İstanbul prosesi" konfransında iştirak etdikdən sonra Asiyaya səfərinin ikinci turunda bazar günü gecə Pekinə gedib.

İran xarici işlər naziri çərşənbə axşamı gecə Yaponiyaya səfər edəcək.

Teqlər