Dek 07, 2016 13:09 Asia/Baku
  • Zərif: İran və Yaponiya əlaqələri inkişaf halındadır
    Zərif: İran və Yaponiya əlaqələri inkişaf halındadır

İran İslam Respublikasının xarici işlər naziri Tehran-Tokyo əlaqələrinin siyasi və iqtisadi zəminlərdə inkişaf halında olduğunu bildirib.

Məhəmməd Cavad Zərif çərşənbə günü Yaponiyanın xarici ticarət təşkilatı CETRO-nun sədri İşikge ilə görüşdə deyib: İran Yaponiya şirkətləri üçün təhlükəsiz sərmayə qoya biləcəkləri bir ölkədir. 

Zərif İranın dünya bazarında neftin qiymətinin ucuzlaşmasından zərər çəkməyən yeganə ölkə olduğuna işarə edərək, deyib: İran Yaponiya ilə iqtisadi əlaqələri genişləndirmək niyyətindədir. 

İşige də bu görüşdə deyib: Sanksiyaların ləğv edilməsi ilə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və Yaponiya şirkətlərinin İranda sərmayə qoyması üçün münasib şərait yaranıb. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tokioda keçirilən ilk İran - Yaponiya ticarət seminarında iştirakı zamanı deyib: İran Yaponiya şirkətlərinin sərmayə qoyuluşu üçün regionun ən təhlükəsiz və səbatlı ölkəsidir. 

Zərif İranın dünya ölkələri ilə ticarət və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyərək, İranı şimal və cənub habelə, şərq və qərb arasında körpü rolu oynayan bir tranzit ölkəsi adlandırıb və deyib: Bunu nəzərə alaraq, İran dünya iqtisadiyyatı ilə güclü əlaqələr qurmağa hazırdır. 

Teqlər