Zərif: Yaponiya regionda terrorizmin azalmasında öz rolundan istifadə etsin
İran xarici işlər naziri deyib: Yaponiya regionun digər ölkələri ilə öz siyasi əlaqələrindən istifadə etməklə onları terrorizmi himayə etməkdən kənarlaşdırmağa təşviq etsin.
İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Yaponiya xarici işlər naziri Fomio Kişida ilə Tokioda görüşdə əlavə edib: İran region stabilliyinin lövbəri olaraq Yaponiyadan Yaxın Şərqdə stabilliyin bərqərar edilməsində aktiv rola malik olmasını gözləyir.
Məhəmməd Cavad Zərif bildirib: İran Əfqanıstanda və Fars körfəzi ətrafında iqtisadi inkişaf və stabilliyin qayıtması istiqamətində ikitərəfli və çoxtərəfli şəkildə Yaponiya ilə əməkdaşlığa hazırdır.
Zərif həmçinin Əhatəli Müştərək Təşəbbüs Proqramının bəzi qayda və qanunlarının icrasında Yaponiyanın rolu və bu rolu konstruktiv adlandıraraq ümidvarlıq edib ki, Tokio digər sahələrdə, o cümlədən bank və iqtisadi əlaqələrdə də İranda aktiv iştiraka malik ola bilər.
İranlı nazir İran və Yaponiyanın 10 illik yol xəritəsinin təyin olunması üzrə 2016-cı il sentyabr ayında iki ölkənin anlaşmasının icrasını vurğulayıb.
Yaponiya xarici işlər naziri Fomio Kişida da nüvə anlaşmasının düzgün icrasını qeyd edərək deyib: Yaponiya nüvə anlaşmasını dəstəkləyir və nüvə anlaşmasının praktiki icrası üçün lazımi əməkdaşlıqları edəcəkdir.
O həmçinin beynəlxalq sülhün yüksəlməsində İranın önəmli və aktiv rolunu vurğulayıb.
İran və Yaponiya xarici işlər nazirləri ikitərəfli məsləhətləşmələrdən sonra sabah jurnalistlər qarşısında danışıqların nəticələrini açıqlayacaqlar.