Yaponiya İrana nüvə təhlükəsizliyini artırmaq üçün maliyyə yardımı edir
Yaponiya xarici işlər naziri deyir ki, ölkəsi İranın nüvə təhlükəsizliyi və nəzarət sistemi üçün 2 milyon 50 min avro vəsait ayıracaq.
Fomio Kişida İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra, jurnalistlər qarşısında deyib: Cənab Zərifin diqqətinə çatdırdım ki, Yaponiya nüvə anlaşmasına dəstək olaraq qərara alıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Təşkilat tərəfindən nüvə təhlükəsizliyi sahəsində İrana 550 min avro maliyyə yardımı ayıracaq. Nəzarət sistemi sahəsində də 1 milyon 500 min avro vəsait ayrılacaq.
Kişida əlavə edib: Bu ikitərəfli əməkdaşlıq və anlaşma ötən il oktyabr ayında cənab Zəriflə danışıqlar əldə olunmuşdu və icra olunması qərara alınıb.
O Zəriflə görüşü barədə deyib: Bu iclasda Yaponiyanın nüvə anlaşmasına dəstəyi ilə bağlı mövqeyini açıqladım və nüvə anlaşmasının dəstəklənməsi və ona sadiq qalmağı vurğuladım.
Yaponiya xarici işlər naziri deyib: Biz ikitərəfli əlaqələr hsaqda ortaq dərkə çatmışıq. Böyük sektorlarda etibarlı və real əməkdaşlıqlar əldə olunub.
Kişida investisiyaya dəstək müqaviləsinin imzalanması və İran və Yaponiya Əməkdaşlıq Şurasının iclasının keçirilməsinə toxunub və deyib: Əməkdaşlıqarın inkişafı və nüvə anlaşmasının etibarlı icrası sahəsində nailiyyətlərin şahidiyik.
O əlavə edib: Bundan əlavə, İranda iki istilik elektrik stansiyasının yenilənməsi layihəsinin formatı barədə əməkdaşlığa dair vəziyyət araşdırıldı. Əgər reallaşarsa, son 20 ildə müştərək palatadan istifadə ilə ilk əməkdaşlıq layihəsi olacaqdır.
Zərif də bundan öncə bu görüşdə ümidvarlıq etmişdi ki, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıqları genişlənəcək.
Zərif çərşənbə axşamı günü yaponiyalı həmkarının dəvəti ilə Tokioya səfər edib.
O bu səfərinin ilk günündə İran və Yaponiya iş adamlarının müştərək iclasında iştirak edib. Bu iclasda Yaponiyanın iqtisadiyyat və sənaye naziri, həmçinin Xarici Ticarət Təşkilatının sədri iştirak ediblər.
Zərif bu iclasda iştirak etdikdən sonra Yaponiya Xarici Ticarət Təşkilatının sədri ilə görüşüb.
Bu, Zərifin üçüncü dövrü səfəridir. İran xarici işlər naziri Yaponiyadan öncə, Çin və Hindistana səfər etmişdi.