Dek 08, 2016 09:26 Asia/Baku
  • Zərif Yaponiyanın İranla daha artıq iqtisadi anlaşmasını vurğulayıb

İranın xarici işlər naziri deyib ki, Yaponiya İranla iqtisadi anlaşmada müxtəlif sahələrdə geniş iştiraka malik ola bilər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün səhər Tokioda Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko ilə görüşdə deyib: İran və Yaponiya xalqlarının min ildən yuxarı əlaqələr keçmişi bu iki ölkə arasında bütün sahələrdə daha geniş həmkarlıqların əsasını qoya bilər.

Zərif Yaponiya səfərində İranın dövlət və özəl sektorlarından olan böyük bir iqtisadi heyətin iştirakına toxunaraq, bildirib ki, iki ölkənin əməkdaşlığı üçün yaxşı zəminlər mövcuddur.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşige Seko da bu görüşdə İranın qabiliyyətləri və imkanlarına toxunaraq, deyib: İran regionun böyük ölkəsi olaraq, regionun sabitiliyində mühüm rol oynayır və Yaponiya da bu məsələni dəstəkləyir.

İranın xarici işlər naziri Yaponiyanın yüksək vəzifəli rəsmilərilə görüşmək məqsədilə çərşənbə axşamı günü bu ölkəyə daxil olub.

Zərif Yaponiyanın baş naziri, xarici işlər naziri, Ticari İnkişaf Təşkilatının sədri, xarici işlər nazirinin parlament məsələləri üzrə müavini, eləcə də bu ölkədə hakim Liberal-Demokrat Partiyasının parlament dostluğu qrupunun üzvlərilə görüşübdür.

İranın xarici işlər nazirinin Yaponiya səfəri bu gün başa çatır.

 

Teqlər