Dek 11, 2016 12:20 Asia/Baku
  • Laricani: İranın strategiyası İslam ölkələrinin birliyidir
    Laricani: İranın strategiyası İslam ölkələrinin birliyidir

İran İslam Şurası Məclisinin sədri deyib: İran İslam Respublikasının region ilə bağlı strategiyası İslam ölkələrinin birliyi və sionist rejim ilə mübarizədir.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü ilk Tehran Təhlükəsizlik Konfransında Asiyanın qərbini bu məntəqə ölkələri və dünya üçün mühüm adlandırıb və deyib: Dünya neftinin üçdə birinin və qaz ixracatının 15%-nin bu məntəqəyə aid olması, Avropa, Asiya və Afrika qitələrinin bu məntəqədə bir-birinə qovuşması və beynəlxalq su yollarının bu məntəqədən keçməsi Asiyanın qərbinin mühüm xüsusiyyətləridir. 

İran İslam Şurası Məclisinin sədri Əli Laricani hazırda Asiyanın qərbində cərəyan edən hadisələrə işarə edərək, deyib: 100 il öncədən bu günə qədər Qərb tərəfindən regiona zorla qəbul etdirilmiş müqavilələr, sionist rejimin yalançı savaşları və hazırkı vasitəçi savaşlar, habelə, regionda təhlükəsizlik hissinin yaranması böyük qüdrətlərə olan etimadın itməsinə səbəb olub. 

İran İslam Şurası Məclisinin sədri Əli Laricani əlavə edib: İranın baxışı şiə və sünni arasındakı yalançı ixtilaflar ilə mübarizə aparmaq üçün İslam düşüncəsinə və müsəlmanlar arasında birliyin möhkəmləndirilməsinə əsaslanan bir dialoqun formalaşmasına nail olmaqdır. 

İran İslam Şurası Məclisinin sədri Əli Laricani həmçinin deyib: Gənclər xüsusiyyət təşkil etməklə xalqın siyasi şüurunun artması məsələsinə laqeyd münasibət və onun repressiya edilməsi, iqtisadi baxımdan inkişafdan geri qalmaq, ifratçılıq mədəniyyətinə rəvac vermək və qüdrətin olmaması keçmişdən bəri Asiyanın qərbində gərginliyin hakim kəsilməsinə səbəb olub. 

İlk Tehran Təhlükəsizlik Konfransı Asiyanın Qərbində Regional Təhlükəsizlik Qruluşu  adı altında və İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin çıxışı ilə Tehranda işə başlayıb. Konfransın əsas mövzusu təhlükəsizlik və inkişafa nail olmaq üçün  Asiyanın qərbində yerləşən ölkələr arasında dialoq, etimad və əməkdaşlıqdır. 

Teqlər