Məhəmməd Rəsulullah-4 hərbi təlimləri uğurla sona çatıb
İran İslam Respublikası ordusu quru qoşunlarının başlatdığı Məhəmməd Rəsulullah-4 hərbi təlimləri nəzərdə tutulan bütün məqsədlərin reallaşması ilə uğurla sona çatdırılıb.
Məhəmməd Rəsulullah-4 hərbi təlimlərinin sözçüsü Generlal-Mayor seyid Kamal Peyğəmbəri bu gün deyib: İran ordusunun quru qoşunlarının sürətli rekaiya bölmələrinin ən iri miqyaslı taktiki döyüş təlimləri olan bu manevrlər nəzərdə tutulmuş bütün məqsədlərə nail olub və quru döyüşlərində dəyərli və effektli nailiyyətlər qazanaraq uğurla sona çatdırılıb.
Məhəmməd Rəsulullah-4 hərbi təlimlərinin sözçüsü General-Mayor seyid Kamal Peyğəmbəri deyib: Çeşidli yerli istehsal olan silahlarla müasir döyüş taktikalarının icrası, bölgənin durumuna informasiya nəzarəti, müxtəlif döyüş sahələrində ixtisaslaşdırılmış məharətlərin yüksəldilməsi Məhəmməd Rəsulullah-4 hərbi təlimlərinin əsas nailiyyətlərindən ibarətdir.
Məhəmməd Rəsulullah-4 hərbi təlimlərinin sözçüsü deyib: Bu təlimlərin şuarını təşkil edən, " İslami vəhdət və müdafiə güclülüyü sayəsində regionda təhlükəsizlik və davamlı sülh" şuarı heç şübhəsiz ki, hər hansı təhdidə qarşı region ölkələrinin müşayiəti və inamlılığı , əcnəbilərin iştirakına ehtiyacsızlıq, region güclərinin birliyi və biri-birini gücləndirməsi ilə reallaşacaq.
General-Mayor seyid Kamal Peyğəmbəri deyib: İran ordusunun quru qoşunları bu məqsədin təmin olunması , sülh, təhlükəsizlik və sabitliyin bərqərar edilməsi üçün özünün qabiliyyətlərini və önləyici gücünü artırmaq səylərini davam etdirəcək.
Bu gün Məhəmməd Rəsulullah-4 hərbi təlimlərinin sonuncu günündə əlaqələndirici sistemləri əngəlləyən, hücumçu pilotsuz uçan aparatların taktiki qabiliyyətləri uğurla sınaqdan keçirilib.
İran İslam Respublikası ordusu quru qoşunlarının Məhəmməd Rəsulullah-4 hərbi təlimlərinə bazar günündə İranın cənub şərqində yerləşən strateji ərazilərdə start verilmişdi, hərbi təlimlər 3 gün müddətinə davam etdirilib.