Dek 21, 2016 13:40 Asia/Baku
  • Əli Əkbər Vilayəti
    Əli Əkbər Vilayəti

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Bosniya və Herseqovina Qövmlər Məclisi sədrinin Tehrana səfərini Bosniyanın iki ölkə əlaqələrinin möhkəmləndirilməsindəki əzmkarlığının nişanəsi adlandırıb.

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti çərşənbə axşamı günü gecə Tehranda Bosniya və Herseqovina Qövmlər Məclisinin sədri ilə görüşdə Safet Softiç ilə görüşdə əlavə edib: İran və Bosniya və Herseqovina uzun əməkdaşlıq keçmişinə malikdirlər və İranın xalqı və dövləti son dərəcə həssas şəraitlərdə Bosniya xalqı və dövlətinin kənarında durubdur.

Əli Əkbər Vilayəti Amerikanın Avropadakı iştirakına işarə edərək, söyləyib: Amerikanın hücum təchizatlarının Şərqi və Mərkəzi Avropada yerləşdirilməsi bu məntəqələrin xeyrinə deyil və bu, sülhün həmin məntəqələrdə əlçatmaz olmasına bais olur.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani də çərşənbə axşamı günü Tehranda Bosniya və Herseqovina Qövmlər Məclisinin sədri Safet Softiç ilə görüşdən sonra müxbirlərə deyib: İran İslam Respublikası daim Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və bu ölkədə yaşayan qövmlər arasındakı səmimi əlaqələri himayə edibdir.

Bosniya və Herseqovina Qövmlər Məclisinin sədri də bu görüşdən sonra müxbirlərə deyib: İran İslam Respublikası ötən bir neçə onillik ərzində Bosniya və Herseqovinaya nəzərəçarpacaq yardımlar göstərib və bu ölkə xalqı həmin yardımlara görə minnətdardır.

Teqlər